Bakıda səhər tezdən işə gedən gənc oğlan YOXA ÇIXDI

Bakıda gənc oğlan itkin düşüb.

Median.Az Lent.az-a istinadla xəbər verir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yaşayan 18 yaşlı Qarayev İlham Elşad oğlu səhər saat 8:30-da işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə onun anası polisə müraciətində bildirib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *