Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.

Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Ford” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü P.Məhərrəmova “saxla” işarəsi verilib.

Araşdırma zamanı onun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi aşkarlanıb.

Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, P.Məhərrəmov 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *