Məktəblərdə dərslər fərqli saatlarda başlaya bilər – Nazir AÇIQLADI

“Dərs saatlarının başlanğıc vaxtı məktəb rəhbərliyi və valideynlərin razılığı əsasında dəyişdirilə bilər”.

Bunu Elm və təhsil naziri Emin Əmrullayevin bildirib.

Nazir fevralın 6-da keçirdiyi brifinqdə bildirib ki, bu məsələdə nazirlik hər hansı maneə yaratmır.

“Xüsusilə kənd məktəblərində valideynlər dərslərin saat 8:00 yox, 8:30 və ya 9:00-da başlamasını istəyə bilər. Biz buna etiraz etmirik,” – deyə Emin Əmrullayev vurğulayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *