Sumqayıtda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Nərgiz Yusif qızı İsgəndərovanı “Mercedes” markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *