Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edildi

Ermənistanda məhkəmə Qarabağdakı keçmiş separatçı rejimin keçmiş komandanı Cəlal Harutyunyanı 5 il 5 ay müddətinə həbsə məhkum edib.

Median.Az bu barədə “Sputnik” Ermənistana istinadən xəbər verib.

Qeyd edək ki, Cəlal Harutyunyanın məhkəməsi Sünikdə baş tutub.

Prokurorlar Cəlal Harutyunyan üçün 6 il həbs istəmişdilər.

44 günlük müharibədə ölən əsgərlərin valideynləri isə müttəhimin 8 il həbs edilməsinə israr edirdilər.

Məlumat üçün əlavə edək ki, C.Harutyunyanın ittiham edildiyi epizodlar əsasən 44 günlük müharibə zamanı separatçı ordunun “əks-hücum əməliyyatlarının” uğursuzluqla nəticələnməsi ilə bağlıdır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *