Hakerlər Azərbaycanda universitetin saytını ələ keçirdilər – FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi saytına haker hücumu olub.

Median.Az-ın məlumatına görə, UNEC-in internet resursu hakerlər tərəfindən ələ keçirilib.

Hadisənin təfərrüatı hələ açıqlanmasa da, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) oxu.az-a bildirilib ki, hazırda saytın geri qaytarılması istiqamətində texniki işlər aparılır.

“İmtahanın vaxtı tələbələrə öncədən göndərilib və bilirlər. Problem yaranarsa, şərait yaradılacaq”, – deyə məlumatda qeyd edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *