Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu öldürüb

Türkiyə ordusu PKK terrorçularına qarşı əməliyyat tədbirlərini davam etdirir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “X” sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında Qara bölgəsində keçirilən əməliyyat nəticəsində 5 PKK terrorçusu öldürülüb.

Məlumatda antiterror əməliyyatlarının davam etdirildiyi vurğulanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *