İrandan Azərbaycana səkkiz kiloqram narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 8 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, fevral ayının 14-də saat 23:05-də DSX Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Əfqanıstan vətəndaşı – 2003-cü il təvəllüdlü Abdulnaser Noorzai və cinayətkar qrupun digər üzvü Azərbaycan vətəndaşı – 1986-cı il təvəllüdlü Sadıq Tapdıq oğlu Alıkişiyev saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *