Ötən ay təcili yardıma neçə müraciət daxil olub?

Yanvar ayı ərzində Bakı şəhəri üzrə “103” Çağrı mərkəzinə 71 501 çağırış daxil olub.

Median.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 5 739 nəfəri müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub:

“Çağırışlardan 4 879-u əsassız, yəni təcili tibbi yardıma aid olmayan müraciətlərdir”.

TƏBİB-dən qeyd edilib ki, 7 099 nəfərin çağırışı isə nəticəsiz (yerində tapılmadı, tibbi yardımdan imtina və həkiməqədər ölüm və s.) olaraq qeydə alınıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *