Zaqatalada qəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub – YENİLƏNİB

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Apa-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alanlar aşağıdakılardır:

“VAZ 2102” markalı avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Qax rayonu Güllük kənd sakini Natiq Bayram oğlu Hudulov.

VAZ 2107 markalı avtomobilin sürücüsü 2004-cü il təvəllüdlü Ağcabədi rayon sakini Amil Loğman oğlu Şirinov.

“VAZ 2107” markalı avtomobildə olan sərnişinlər – 2012-ci il təvəllüdlü Ağcabədi rayon sakini Hüseyn Loğman oğlu Şirinzadə, 1978-ci il təvəllüdlü Ağcabədi rayon sakini Loğman Rəcəb oğlu Şirinov və 1985-ci il təvəllüdlü Ağcabədi rayon sakini Əminət Rafail qızı Şirinovadır.

Qeyd edək ki, qəzaya uğrayan Ağcabədi rayon sakinləri bir ailənin üzvləridir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *