Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirilib

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirilib.

Median.Az “Report”a istinadən xəbər verir ki, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə inzibati binaların qarşısında ucaldılan dövlət bayraqları yarıyadək endirilib.

Bu gün saat 17:00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *