Qarlı havada xəsarət alanların SAYI AÇIQLANDI

Qarlı hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində indiyədək 327 nəfərin müraciəti qeydə alınıb.

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Qeyd olunub ki, onlardan 152-si qadın, 175-i kişidir.

“Müraciət edənlərdən 298 nəfəri müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunublar. 30 nəfərə isə yerində yardım olunub”, – deyə məlumatda bildirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *