Gəncədə ər arvadını balta və armaturla döyməkdə şübhəli bilinir

Gəncə şəhərində döyülmə faktı qeydə alınıb.

Median.Az “Report”a istinadən xəbər verir ki, şəhər ərazisində 1991-ci il təvəllüdlü H.Abıyevanın bədəninin müxtəlif hissələrinə balta və armaturla zərbələr endirilib.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.

Yaxınlarının sözlərinə görə, qadının həyat yoldaşı hadisəni törətməkdə şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *