Ağdamda zəhərlənən şəxslərin son durumları AÇIQLANDI (YENİLƏNİB)

Bu gün saat 01:10-da zəhərlənmə şübhəsi ilə beşi böyük, biri uşaq olmaqla altı nəfər (üç nəfər kişi, üç nəfər qadın cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, onların hər birinə dəqiqləşdirilməmiş zəhərlənmə diaqnozu təyin edilib və zəruri tibbi yardım göstərilib:

“Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.

* * * * *

Ağdam rayonunun Əfətli kəndində altı nəfərin qidadan zəhərləndiyi iddia edilir.

Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən bildirilib ki, fakt üzrə araşdırmalara başlanıb.

Qeyd olunub ki, hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalar aparılır:

“Nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *