Serxio Ramos Meksikada ilk qolunu vurdu

“Monterrey”in mərkəz müdafiəçisi Serxio Ramos Meksikada debüt qolunu vurub.

38 yaşlı futbolçu “Santos Laquna” ilə keçirilən matçda fərqlənib.

İspaniyalı futbolçu 57-ci dəqiqədə hesabı 2:1 edib. Ulduz müdafiəçi final fitinə qədər oynayıb. Bu, Serxio Ramosun “Monterrey”də forma geyindiyi ikinci matç idi.

Xatırladaq ki, “Real Madrid”in sabiq kapitanı fevralın əvvəlində Meksika təmsilçisinin heyətinə qoşulub.

“Monterrey” – “Santos Laquna” matçı 4:2 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *