Ağdamda partlayış səsləri eşidilir – SƏBƏB

Bu gün Ağdam rayonu ərazisində güclü partlayış səsləri eşidilməkdədir. Yerli sakinlərin sözlərinə görə, son günlərdə bu kimi hallar qeydə alınmadığı üçün vəziyyətdən narahat olublar.

Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, protokola uyğun olaraq, ənənəvi qaydada müvafiq qurumlara məlumat verərək minatəmizləmə fəaliyyəti davam etdirilir:

“Sadəcə olaraq, hava şəraitinə görə prosesə fasilə verildiyi üçün bu gün intensivlik müşahidə edilib”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *