Sumqayıtda reabilitasiya mərkəzi yanır – VİDEO (YENİLƏNİB)

Sumqayıtda yanan tikilinin narkomanlar üçün reabilitasiya mərkəzi olduğu məlum olub.

“Report”un Sumqayıt bürosu xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tədbirlər həyata keçirir.

* * * * *

Sumqayıtda tikilidə yanğın başlayıb.

Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yaxınlığında tikilidə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.

FHN-dən “Report”a fakt təsdiqlənib. Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *