Rusiyalı gimnastlar beynəlxalq yarışlara geri qayıdırlar

Rusiyalı gimnastlar Angelina Melnikova və Daniel Marinov beynəlxalq yarışlarda iştirak hüququna yiyələniblər.

Hər iki idmançı neytral statusda mübarizə aparacaqlar.

Melnikova Tokio Olimpiadasında və 2021-ci il dünya çempionatında qızıl medal qazanıb.

Qeyd edək ki, Rusiyanın 2022-ci ildə Ukrayna ilə başlatdığı müharibə səbəbindən, bu ölkə idmançıları sanksiyalara məruz qalıblar və beynəlxalq arenalardan uzaqlaşdırılıblar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *