Gürcüstanda bir gündə iki zəlzələ oldu

Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verib.

Bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ 4 bal gücündə olub.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 15:28-də qeydə alınıb. Zəlzələnin episentri paytaxtdan 63 km aralıda, Tianeti vilayət mərkəzindən bir qədər aralıda yerləşib. Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib.
Qeyd edək ki, bu, Gürcüstanda bir gündə ikinci zəlzələdir. Birinci zəlzələ bu gün səhər saatlarında baş verib.
 
///Qafqazinfo

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *