Omskın iş adamları Bakıya səfər edəcək

Bu ilin iyun ayında Rusiyanın Omsk vilayətinin iş adamlarının Azərbaycana səfəri təşkil olunacaq.

Bu barədə Omsk mətbuatına istinadən xəbər verir.

3-5 iyun tarixlərində baş tutacaq səfəri Omsk meriyası vilayətin Ticarət-Sənaye Palatası və Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birgə təşkil edir.

Səfər çərçivəsində ASK-da görüşlərin keçirilməsi, Omsk və Azərbaycan iş adamlarının fəaliyyət sahələri və maraqları nəzərə alınmaqla danışıqların aparılması, həmçinin Bakının iri müəssisələrinə səfərlər planlaşdırılır.

Bundan başqa, missiyanın proqramına 30-cu yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak da daxildir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *