Pakistanda silahlılar qatara hücum edərək sərnişinləri girov götürdülər: Altı ölü

Martın 11-də Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində terror aktı baş verib. “Bəlucistan Azadlıq Ordusu” (BLA) ekstremist qruplaşmasının döyüşçüləri Kvetta şəhərindən Peşəvərə gedən sərnişin qatarına atəş açıb və təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla təxminən 450 sərnişini girov götürüblər.

Bu barədə Bəlucistan əyalətinin dəmiryol idarəsinin yüksəkvəzifəli məmuru Məhəmməd Kaşif “Agence France-Presse”ə bildirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *