Ermənistan vətəndaşlarının 60 %-ə qədəri konstitusiyanın dəyişdirilməməsinin tərəfdarıdır

Ermənistan vətəndaşlarının təxminən 60 %-i hesab edir ki, ölkə konstitusiyası dəyişdirilməməlidir, sorğuda iştirak edənlərin 18,4 %-i əsas qanunun bəzi müddəalarının dəyişdirilməsinin tərəfdarı olub.

Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu, “MPG/Gallup International Аssociation” tərəfindən 27 fevral – 6 mart tarixlərində keçirilmiş sorğunun nəticələrində öz əksini tapıb.

Sorğuda 1 100 respondent iştirak edib.

MPG-nin məlumatına görə, respondentlərin 7,5 %-i tamamilə yeni Konstitusiyanın qəbul edilməli olduğunu qeyd edib, 14,5 %-i isə cavab verməkdə çətinlik çəkib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *