Ağstafada dönərdən zəhərlənən şəxslərin vəziyyəti açıqlandı

Ağstafada dönərdən zəhərlənən şəxslərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hamısı ambulator müalicə üçün evə buraxılıb.

“Martın 13-də, saat 17:15-dən 21:40-a kimi on nəfər (ikisi kişi, səkkizi qadın cinsli olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunublar. Onlara zəruri tibbi yardım göstərilib”, – deyə məlumatda bildirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *