Tramp Putinlə danışacağı tarixi açıqladı

ABŞ Prezidenti Donald Tramp martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını açıqlayıb.

Median.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.

“Düşünürəm ki, bizimlə Rusiya arasında hər şey yaxşı gedir. Çərşənbə axşamına qədər nəyisə elan etməyimiz mümkündür. Mən çərşənbə axşamı Prezident Putinlə danışacağam”, – deyə Ağ Ev rəhbəri jurnalistlərə verdiyi açıqlamasında vurğulayıb.

D.Tramp bildirib ki, V.Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir.

“Biz ərazilərdən danışacağıq. Elektrik stansiyalarından danışacağıq, çünki bu, böyük məsələdir”, – deyə D.Tramp qeyd edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *