Tacikistanda neft bazasında yanğın baş verib, bir nəfər ölüb

Tacikistanda Spitamen rayonunda neft bazasında baş verən yanğın nəticəsində bir nəfər ölüb.

Median.Az Tacikistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Yanğınsöndürmə xidmətindəki mənbə bildirib.

“Yanğına səbəb avtosisternin yanacaqla doldurulması zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi olub”, – o əlavə edib.

Yanğının söndürülməsinə təxminən 2 saat vaxt sərf olunub. Dəymiş zərəri müəyyənləşdirmək üçün hadisə yerində mütəxəssislər işləyirlər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *