63 yaşlı cibgirə hökm oxundu

Metorda cibgirlik etməklə vətəndaşların pullarını və qızıl-ziynət əşyalarını oğurlamaqda təqsirli bilinən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində anadan olan 63 yaşlı Konstatin Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.5-ci (Oğurluq – zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) maddəsi ilə mühakimə edilib.

Hakim Nigar Qədirlinin çıxardığı hökmə əsasən ona 2 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İş materiallarından aydın olur ki, Konstatin cinayəti “Koroğlu” və “Qara Qarayev” statnsiyalarında həyata keçirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *