Lənkəranda hosteldə ölü tapılan şəxs turist olub

Lənkəranda hosteldə ölü tapılan şəxsin kimliyi məlum olub.

Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, həmin şəxs ukraynalı turist Aleksandr Salov imiş.

1964-cü il təvəllüdlü A.Salovun meyiti üzərində zorakılıq əlaməti aşkar edilməyib.

O, Azərbaycana martın 1-də gəlibmiş.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *