Suriyada ölkə boyu internet kəsilib

Suriyanın hər yerində internet kəsilib.

Bu barədə beynəlxalq internet monitorinq xidməti “NetBlocks” məlumat yayıb.

Hələlik Suriyanın dövlət qurumları bu məsələni şərh etməyib.

Qeyd edək ki, Suriyada vəziyyət martın əvvəlindən keçmiş prezident Bəşər Əsədin tərəfdarları ilə yeni hökumət qüvvələri arasında toqquşmaların başlaması ilə gərginləşib. Ölkənin Əl-Laziqiyyə, Tartus, Həma və Homs bölgəsində baş verən toqquşmalar nəticəsində mindən çox insan həyatını itirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *