Evində su qızdırıcısı partlamışdı- 13 gün sonra öldü

Gəncədə su qızdırıcısının partlaması nəticəsində xəsarət alan şəxs 13 gün sonra xəstəxanada ölüb.

Median.Az-ın məlumatına görə, ağır yanıq xəsarətləri alan 1968-ci il təvəllüdlü Əli Xudiyev bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, martın 15-də mərhumun evində su qızdırıcısı partlayıbmış.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *