Bakıda yaşayış kompleksinin tualetində meyit tapıldı

Bakıda yaşayış kompleksinin tualetindən meyit tapılıb.

Median.Az Lent.az-a istinadən xəbər verir ki, meyit paytaxtın Binəqədi qəsəbəsi, Ordubadi küçəsində inşa edilən “Binəqədi Rezidens” kompleksinin sanitar qovşağında aşkarlanıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Cantiq Ağasadıq oğlu Quliyev olması müəyyən edilib.

Meyitin üzərində xəsarət olmayıb və şəxsin ölüm səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *