Bakıda uşaq bağçasında asılmış meyit tapıldı

Bakıda intihar hadisəsi baş verib.

Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb.

Orada işləyən fəhlə, 1981-ci il təvəllüdlü Cəlal Yusif oğlu Musayev bağçanın qazanxanasında özünü asıb. Onun asılmış meyitini bağçanın kollektivi aşkar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırmalar Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *