Çində qocalar evində 20 nəfər yanaraq öldü

Çinin şimalında qocalar evində baş verən yanğında 20 nəfər ölüb.

Bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Agentlik bildirir ki, yanğın aprelin 8-i axşam saat 9 radələrində Çenqde şəhərində başlayıb. Qocalar evinin sağ qalan sakinləri yaxınlıqdakı xəstəxanaya köçürülüblər.

Yanğının səbəbi hələ müəyyən edilməyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *