Bakıxanov qəsəbəsində avtomobil piyadanı vuraraq yaralayıb

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü İbrahimov Rafael Rasim oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *