Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “baş redaktor”a hökm oxunub

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, Realmedia.az saytının baş redaktoru Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Median.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Ramin Qurbanov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını istəmişdi.

Qeyd edək ki, Ramin Qurbanov ötən il aprel ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *