Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

Papua-Yeni Qvineyaya məxsus Yeni Britaniya adası sahillərində 6.0 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.

Bildirilir ki, episentr təxminən 26 min nəfərin yaşadığı Kokopo şəhərindən (Yeni Britaniya adası) cənub-şərqə doğru 94 km məsafədə yerləşib. Ocaq 58 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *