“Əcəmi”də tullantı xətlərində tıxanma yarandı, ərazini su basdı – VİDEO

Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi, “Memar Əcəmi” metrosunun yaxınlığında ərazini çirkab suları basıb.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, hazırda həmin ərazidəki problem aradan qaldırılıb:

“Ərazidə baş verən tullantı xətlərindəki tıxanma aradan qaldırılıb. Hazırda tullantı suları da sərbəst şəkildə boru ilə axır”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *