Yelləncəyin ipi 15 yaşlı qızın boğazına dolandı: Vəziyyəti ağırdır

Dünən Qaradağ rayonunda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 2010-cu il təvəllüdlü Səma Rəşad qızı Məmmədova yaşadığı Qobustan qəsəbəsindəki evin həyətində yelləncəkdə yellənən zaman ip onun boğazına dolanıb və qız yıxılıb.

Boğularaq xəsarət alan Səma xəstəxanaya çatdırılıb.

15 yaşlı qızın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *