“Pakistan International Airlines” Lahordan Bakıya birbaşa uçuşları bərpa edir

“Pakistan International Airlines” (PIA) aprelin 20-dən Lahordan Bakıya birbaşa reysləri bərpa edəcək.

Bu barədə aviadaşıyıcının saytında məlumat verilib.

Uçuşlar həftədə iki dəfə bazar və çərşənbə günləri yerinə yetiriləcək.

Lahordan uçuş yerli vaxtla saat 11:50-də, Bakıya eniş yerli vaxtla saat 15:30-da olacaq.

Səyahət vaxtı 4 saat 40 dəqiqə olacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *