Bakıda çoxmərtəbəli binada yanğın başlayıb – VİDEO (YENİLƏNİB)

“Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub”.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

“Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilib.

* * * * *

Metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.

Hələlik yanğında xəsarət alanlar barədə məlumat yoxdur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *