Bakıda körpü uçdu: Mərkəz ilə əlaqə kəsildi – VİDEO

Yağan aramsız yağış nəticəsində Bakıda körpü uçub. 
 
Median.Az xəbər verir ki, hadisə Bakı şəhəri Qaradağ rayonu Çeyildağ qəsəbəsində baş verib.
 
Yağışdan sonra yaranan güclü sel qəsəbəni rayon mərkəzi ilə əlaqələndirən körpünü uçurub.
 
Nəticədə qəsəbə sakinlərinin hərəkəti çətinləşib, qəzalı vəziyyətə düşən körpünün tam uçma təhlükəsi yaranıb.  (Milli.az)

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *