Bu il Xocavəndə ilk köç nəzərdə tutulur

“Bu il əhalinin Xocavəndə köçürülməsi nəzərdə tutulur. Xocavənd şəhərində, rayonun kəndlərində, Hadrut qəsəbəsində təmir-bərpa işləri aparılır”.

Bu fikirləri oxu.az-a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, Prezidentin tapşırığı əsasında bu ilin yay aylarında həmin bərpa və yenidənqurma işləri yekunlaşdıqca mərhələli şəkildə əhali oraya köçürüləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *