Tanışını rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 169 min manatını ələ keçirdi

Vətəndaşdan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 15-də paytaxt sakini olan 45 yaşlı kişi polisə müraciət edərək bildirib ki, tanışlarından biri onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və bu yolla 169 100 manatını ələ keçirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 41 yaşlı G.Əfəndiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *