Lukaşenko Belarusun Ermənistandakı səfirini vəzifəsindən azad edib

Belarus Prezidenti Aleksandr Lukaşenko 17 aprel tarixində imzaladığı sərəncamla Aleksandr Konyuku Belarusun Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

Apa xəbər verir ki, bu barədə məlumat Belarus liderinin rəsmi saytında yer alıb.

Digər sərəncama əsasən, Vyaçeslav Bril də Belarusun Nigeriyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, eyni zamanda Qana, Kamerun və Fil Dişi Sahilindəki səfir vəzifələrindən azad olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *