Bu gün Azərbaycan muzeylərində açıq qapı günüdür

18 Aprel – Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyi açıq qapı günü elan edib.

Bu münasibətlə nazirliyin tabeliyində olan muzey və tarixi-mədəni qoruqlara ziyarətçilərin ödənişsiz qaydada girişi təmin olunacaq.

Qeyd edək ki, bu gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd dünya mədəni irsinin qorunması və mühafizəsi məsələlərinə diqqəti cəlb etməkdir.
//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *