Xozeyn ləqəbli tiktoker Vüqar Kərimovun həbs müddəti uzadılıb

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan Xozeyn ləqəbli tiktoker Vüqar Kərimovun həbs müddəti uzadılıb.

Median.Az-ın məlumatına görə, bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.

Belə ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti 2 ay uzadılıb.

Qeyd edək ki ötən ilin dekabrında saxlanılan Xozayina qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Orxan Rasifoğlu

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *