Neapolda funikulyorun çökməsi nəticəsində azı 3 nəfər ölüb

İtaliyanın Neapol şəhəri yaxınlığındakı Faito dağında funikulyorun çökməsi nəticəsində üç nəfər ölüb, biri yaralanıb. Bir nəfər isə itkin düşüb.

Bu barədə “İl Messaggero” qəzeti məlumat yayıb.

Məlumata görə, çökən kabinədə iki turist və xidmət şirkətinin iki əməkdaşı olub. Sürücü itkin düşmüş hesab olunur.

Hadisə yerində xilasedicilər işləyirlər. Qəzanın səbəbləri araşdırılır. Funikulyorun gediş nöqtəsində olan turistlər təxliyə edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *