Bakının 7 rayonunda parklar yenidən qurulacaq

Bakının Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində (səkilərdə, həyətlərdə, park və xiyabanlarda) təmir, yenidənqurma və abadlıq işləri görüləcək.

Valyuta.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC bununla bağlı tender elan edib.

Tender mayın 2-dək davam edəcək. Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 24 999 810 manatdır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *