Dehlidə binanın çökməsi nəticəsində 4 nəfər ölüb

Hindistanın paytaxtı Dehlidə dördmərtəbəli binanın uçması nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

İnsident yerli vaxtla saat 02:30 radələrində Dehlinin şimal-şərqindəki Mustafabad bölgəsində baş verib.

Zərərçəkənlər yerli xəstəxanaya çatdırılıb.

Dağıntılar altından insanların çıxarılması üçün xilasetmə işləri davam edir.
//report

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *