Binəqədidəki yanğında 5 ağaca ziyan dəyib

Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, “Tayqa” marketin anbarında aprelin 20-də baş verən yanğın zamanı 5 ağac yanıb.

Bunu 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib.

O qeyd edib ki, nəticədə təbiətə 11700 manat məbləğində ziyan dəyib: “Faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilməsi üçün hazırlanır”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *