Bakının Ziya Bünyadov prospektində qəza: Avtomobilləri evakuatorlar kənarlaşdırır

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Sıxlığın qısa müddət ərzində aradan qaldırılması üçün qəzada iştirak edən avtomobillərin yoldan evakuatorla kənarlaşdırılması işləri aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *